Elektron siqaretin aldığı canların sayı getdikcə artır

  • 18 Sentyabr 2019

Kaliforniya əyaləti, Tulare Dövlət Sağlamlıq və İnsan Xidmətləri Agentliyi, naməlum bir ağciyər xəstəliyinin 7-ci ölüm xəbərini verdi. Elektron siqaretin buna səbəb olduğu hesabatlar öz yerini aldı.

Chip.az xəbər verir ki, Kaliforniya səhiyyə işçiləri ağciyər xəstəliyinin 7 dəfə can alığını bildirib. Bunun elektron siqaretin səbəb olduğu düşünülür. Bu kimi hallarda xəsarət və simptomlarda çox oxşar izlər var. Adətən bu hallarda xəstə insanlarda qızdırma, ishal, nəfəs almaq çətin olur və şiddətli sinə ağrısı olur. Yerli və regional sağlamlıq idarələri insanları bu cür simptomlarla bağlı xəbərdarlıq edir və məsələ ilə bağlı çalışdıqlarını söyləyirlər.

Əksər hallarda insanların vəziyyəti pisləşir. İndiyə qədər 380 nəfərin yoluxduğu ağciyər xəstəliklərində 7 nəfər həyatını itirib. Adətən yetkin insanlarda görülən bu xəstəliyin bəzi gənclərə də təsir etdiyi bildirilir.

 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır