Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

  • 17 Sentyabr 2019

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib.

Chip.az bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 14,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5 faiz azalıb.

Dövr ərzində 863 ədəd traktor, 1496 ədəd minik avtomobili istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər