Xiaomi Mi Mix 4 bu tarixdə təqdim ediləcək

  • 17 Sentyabr 2019

Xiaomi-nin 108 MP kamera sensoru istifadə ediləcək ilk flaqman telefonu Mi Mix 4 təqdim ediləcək.

Chip.az xəbər verir ki, Xiaomi, növbəti smartfonu üçün yüksək inkişaf etmiş bir kameradan istifadə edəcəyinə söz vermişdi. Xiaomi, Samsungun yeni 108MP ISOCELL kamera sensorundan istifadə edən ilk smartfon istehsalçısıdır.

Xiaomi əvvəlcə flaqman modeli olan Mi Mix 4-də 108 MP kamera sensorundan istifadə edəcək. Snapdragon 855+ prosessoru ilə təchiz edilmiş telefon, bazarın ən güclü flaqman modellərindən biri olmaq üçün qurulub. 45W sürətli şarj texnologiyası ilə 45W mAh batareya ilə gələcəyi gözlənilən Xiaomi Mi Mix 4, Samsung Galaxy Note 10 ilə ciddi bir rəqabətə girməyə hazırlaşır.

Xiaomi Mi Mix 4-ün digər xüsusiyyətlərinə nəzər saldıqda, bazarı stimullaşdıracağını söyləyə bilərik. Telefonun tam RAM tutumu 12 GB olacaq, 1TB saxlama yeri olacaq. 

Yeni məlumatlara görə, Xiaomi yeni modelini 24 sentyabrda təqdim etməyi planlaşdırır. Şirkət həmçinin 5G dəstəkləyən bir model təqdim edəcək.

4 arxa kameranın olacağı gözlənilən Xiaomi Mi Mix 4, 108 MP əsas kamera ilə yanaşı, 16 MP geniş bucaqlı kamera, 12 MP üçüncü və periskop kamera ilə təmin ediləcəkdir.

 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır