Son illərdə insan sağlamlığının ən böyük düşməni: İqlim dəyişikliyi

  • 17 Sentyabr 2019

İnsanlar həddindən artıq istilik səbəbindən böyük risk altındadırlar və bunun təsiri tibbin bütün sahələrində hiss olunur. Son araşdırmalara görə, iqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi bir hala gəlib.

Chip.az xəbər verir ki, iqlim böhranı insanları daha çox xəstə edir. Mövsümi allergiyadan tutmuş ürək xəstəliklərinə qədər bir çox xəstəlik bu gün iqlimdən qaynaqlanır. Uşaqlar, hamilə və yaşlılar iqlimdən ən çox risk alan qruplardır.

Son məlumatlara görə mövsümi allergiya artıb. Temperatur artdıqca bitkilər daha uzun müddət polen buraxırlar. Son illərdə atmosferə karbon qazının artması ilə insanların allergiya dərəcəsi 20% artmışdır. Artan temperatur, doğulmamış körpənin inkişafına da mənfi təsir göstərir və vaxtından əvvəl doğuşa səbəb olur.

Temperaturun artması ilə havanın çirklənməsi də başlayır. Bu proses də ağciyər və ürək üçün böyük risk deməkdir. Temperatur, xüsusilə ürək xəstəliklərinə çox təsir edir, çünki ürək əzələləri həddindən artıq rahatlaşır və bu infarkt riskini artırır. Həddindən artıq istilər dehidrasiya və böyrək problemlərinə də səbəb olur. Ozon təbəqəsinə ziyan vurması səbəbindən həddindən artıq istilər nəticəsində yaranan dəri xərçəngi riski də xeyli artır.

Bundan əlavə, karbon qazı tullantılarının artması və bitkilərin (protein, dəmir, sink) istehsal etdiyi qidaların qida sıxlığı azaldıqca qidalanma problemləri meydana çıxır və bu ot bitkiləri yeyən heyvanlarına mənfi təsir göstərir. Nəticədə insan sağlamlığı üçün böyük təhlükə yaranır.

 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır