Azərbaycan avtomobil idxalını kəskin artırıb

  • 16 Sentyabr 2019

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 26 695 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 90,2% çoxdur.

Chip.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata əsaslanaraq xəbər verir ki, hesabat dövründə ölkəyə 24 088 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici son bir ildə 92,3% artıb.

Bundan başqa, yanvar-avqustda ölkəyə 2 262 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 70% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 246 ədəd (artım 2,5 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 99 ədəd (artım 28,6%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər