Azərbaycana bu il 83,5 mln. manat dəyərində mobil telefon idxal olunub

  • 16 Sentyabr 2019

Bu ilin yanvar-iyul ayında Azərbaycana 716 013 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Chip.az apa economics-ə istinad edərək bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxalı 68% artıb.

Cari ilin ilk yeddi ayı ərzində idxal olunan məhsulların dəyəri 83 497,5 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər