Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi

  • 16 Sentyabr 2019

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Bilik günü münasibətilə "İçərişəhər" stansiyasında birinci sinif şagirdləri olan balaca sərnişinlər üçün tədbir keçirib.

Chip.az qurumdan Trend-ə verilən məlumata istinad edərək xəbər verir ki, ilk dərs günündən sonra stansiyaya daxil olan birinci sinif şagirdləri bir-birindən fərqli sürprizlərlə rastlaşıblar. Müxtəlif nağıl və əsatir qəhrəmanları, o cümlədən uzunayaq, iri oyuncaqlar və s. uşaq qəhrəmanları əyləncəli proqramları ilə stansiya vestibülündə balaca sərnişinləri qarşılayıb.

Tədbirdə, həmçinin sehrbaz illüziyaçının şou-proqramı təqdim olunub. Daha sonra tədbir musiqili proqramla, birincilərin görüşünə gələn böyük oyuncaq və tarazlayıcının əyləncələri ilə davam edib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır