Azərbaycan filmləri Batumidə beynəlxalq festivalda nümayiş olunur

  • 16 Sentyabr 2019

Batumidə "BİAFF 2019" beynəlxalq film festivalı keçirilir.

Chip.az apa-ya istinadən xəbər verir ki, festivalda Azərbaycan kinomatoqraflarının da əsərləri nümayiş etdirilir. Festivala azərbaycanlı kinomatoqrafların 2 əsəri təqdim edilib. Bunlar Elmar İmanovun Almaniya və Azərbaycanda hazırladığı 92 dəqiqəlik "Fəsillərin sonu" və Hilal Baydarovun Azərbaycan və Avstriyada hazırladığı "Xurmalar böyüyəndə" adlı 118 dəqiqəlik ekran işləridir.

Bundan başqa, festivala almaniyalı müəllif Veit Helmerin Almaniya və Azərbaycanda hazırladığı 90 dəqiqəlik "Bra" adlı filmi də təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır