Rusiyada vertolyot itib

  • 16 Sentyabr 2019

Chip.az “RİA Novosti” agentliyinə istinad edərək xəbər verir ki, Yakutiyada filiz və qiymətli metal emalı ilə məşğul olan "Nera-Antaqaçan" şirkətinə məxsus vertolyotla əlaqə kəsilib.

Sentyabrın 13-də Ust-Nera qəsəbəsindən Oymyakon rayonu ərazisindəki Utoçan dərəsinə uçan vertolyot sentyabrın 14-də Ust-Nera qəsəbəsinə qayıtmalı olsa da, vertolyotdan xəbər yoxdur. Vertolyotun göyərtəsində pilot və şirkətin 2 işçisi olub.

Vertolyotun axtarışlarına başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır