Disney-in İcraçı Direktoru Bob Iger, Apple İdarə Heyəti üzvlüyündən çıxdı

  • 14 Sentyabr 2019

Disney-in İcraçı Direktoru Bob Iger, Apple idarə heyəti üzvlüyündən istefa etdi.

Noyabr ayı iki böyük şirkətin təqdim edəcəyi platformalar sayəsində böyük bir rəqabətə səhnə olacağıq: Apple TV və Disney+.

 

Chip.az bildirir ki, İcraçı Direktor Bob Iger, Apple-nin idarə heyəti üzvlüyündən çəkildi. ABŞ Daşınan Əmlak və Birja Komissiyasının nəşr etdiyi hesabata görə Bob Iger, sentyabrın 10-u istefasını verib. Həmin gün Apple yeni xidmətindən bəhs edən təqdimat həyata keçirib.

 bob iger disney

Bob Iger-in Hollivuddan olan reportera verdiyi müsahibə bu şəkildə oldu:

"Tim Cook və Apple-dəki komandasına və idarə heyətindəki üzvlərə sonsuz hörmətim var. Apple dünyanın ən heyran edilə bilinəcək şirkətidir. Burada idarə heyəti üzvlüyü etmiş olmaqdan əbədi qürur duyacağam."

 

Bu həftə Apple yeni xidməti haqqında məlumatları artırdı. Yeni platformanın Disney+ -dan 11 gün əvvəl, 1 noyabrda çıxacağı və abunəliyinin 5 dollara başa gələcəyini açıqlandı. Beləliklə, Apple TV-nin sahib olduğu abunə qiyməti Disney+-dakından  2 dollar az olacaq.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır