CRISPR ilə QİÇS müalicə edilib

  • 14 Sentyabr 2019

Çində elm adamları, QİÇS-in müalicəsi üçün üzərində çalışdıqları yeni üsulu tətbiq etdilər. CCR5 geninin qüsurlu surətlərinin QİÇS daşıyıcılarına köçürülməsi ilə iki insan müalicə olunub.

27 yaşlı Çin vətəndaşı, 2016-cı ilin mayında QİÇS olduğunu öyrəndi. QİÇS diaqnozundan 2 həftə sonra ona kəskin lenfoblastik leykemiya diaqnozu da qoyuldu. Həkimlər xəstəyə eksperimental bir müalicə təklif etdilər. New England Tibb Jurnalında nəşr olunan bir məqalədəki məlumata görə, təcrübə xarakterli müalicədə xəstəyə sümük iliyi nəqli ilə onu QİÇS-dən xilas etməyə çalışdılar.

Pekin Universitetinin elm adamları bunun tədqiqatdan alınan sümük iliyi hüceyrələrindəki CCR5 genlərinin düzəldilməsi ilə tətbiq edilən bir müalicə olduğunu xəstəyə açıqladılar.

Alim Deng Hongkui verdiyi açıqlamasında, "Genlər üzərində aparılan işdən sonra istehsal etdikləri qan hüceyrələri QİÇS virusuna müqavimət göstərmə qabiliyyəti qazanıb." –deyə bildirib.

 hiv 3

Chip.az bildirir ki, gen dəyişikliyi ilə CCR5-in surətləri QİÇS-ə qarşı mübarizə aparacaq vəziyyətə gəlir. Çünki QİÇS virusu, virus bulaşmış bir adamın hüceyrələrinə daxil olmaq üçün CCR5 geni tərəfindən istehsal olunan bir proteindən istifadə edir. Berlin və Londondan olan iki nəfərdən alınan sümük iliyi üzərində gen dəyişikliyi aparıldıqdan sonra tətbiq olunan müalicə ilə ilk dəfə bir xəstə müalicə edilmiş olub.

 

Qeyd edək ki, xəstənin müalicə üsulunu qəbul etməsinin ardından sınaq 2017-ci ildə başlayıb. Sözügedən eksperimental müalicə üsulunda ilk dəfə CRISPR-Cas9, AİDS xəstəsi üzərində sınanmış oldu. Müalicənin tətbiq olunmasından 19 ay sonra, xəstəliyin əlamətlərində geriyə doğru dönüş müşahidə olundu. Eyni zamanda CCR5 daşıyan donor hüceyrələrin artımı da davam edib.

 hiv 2

Müalicə hələ QİÇS virusunu tamamilə məhv edəcək attestasiyada deyil. Müalicə zamanı xəstənin sümük iliyi hüceyrələrində 5% ilə 8% arası bir gen dəyişikliyi etmək mümkün oldu.

Related image

Lakin qəti nəticələr üçün daha uzunmüddətli və dərindən işləməyə ehtiyac var.

İşi aparan tədqiqatçı qrup daha əvvəl keçirilmiş CCR5 olan insan hüceyrələrini siçanlara nəql etmiş və siçanlarda QİÇS-ə qarşı müqavimətinin yaranmasına nail oldular.

Qeyd edək ki, 2018-ci ilin dekabrında He Jiankui, doğulmadan əvvəl iki embrionun DNT-sini dəyişdirmək üçün CRISPR-Cas9-dan ilə istifadə etmişdi.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır