Ətraf Mühiti Qoruma Təşkilatı, heyvanlar üzərində aparılan təcrübələrə son verəcək

  • 14 Sentyabr 2019

ABŞ Ətraf Mühiti Qoruma Təşkilatı, heyvanların sınaqlarda istifadə edilməsinin 2035-ci ildən etibarən dayandırılacağını ifadə etdi. Alınan qərara verilən reaksiyalar isə tam müsbət deyil.

Chip.az bildirir ki, Ətraf Mühiti Qoruma Təşkilatı, 2035-ci ildə daxil olmaqla heyvan təcrübələrinə son verəcək.

Ətraf mühiti Qoruma Təşkilatı, (Environmental Protection Agency-EPA) heyvanların sınaqlarda istifadə edilməsinə son qoymağa qərar verib. Qurum tərəfindən verilən açıqlamaya görə 2035-ci ilə qədər məməlilərin təcrübələrdə istifadə edilməsinə son qoyulacaq. Bununla yanaşı, EPA, təcrübələrdə onurğalı heyvan istifadəsinin dayandırılması və ya azaldılması ilə alternativ sınaq üsulları tapılması çərçivəsində beş universitetə 4.25 milyon dollar məbləğində fond ayırıb.

Kimyəvi maddələrin və kənd təsərrüfatı dərmanlarının insan sağlamlığı üzərindəki təsirlərini müəyyən etmək üçün uzun bir müddətdir təcrübə heyvanları istifadə edilməsinə izn verən qurumun son zamanlar bu cür təcrübələrdə heyvanların istifadə edilməsi tələblərini azaltmağa çalışdığı görülür.

 

Qurumun rəhbəri Andrew Wheeler tərəfindən verilən açıqlamada Yeni Yanaşma Üsulları (New Approach Methods-NAMS. Biz, 3Y) adı verilən və heyvanların təcrübə məqsədli istifadə edilməsini qarşısını alan hər hansı bir texnologiyadan istifadə bu mənada elm adamlarına yardımçı ola bilər.

 

3Y-lər sayəsində təkcə təcrübə heyvanlarından istifadə azaldılmayacaq eyni zamanda daha qısa müddət ərzində və daha çox kimyəvi tərkibin bioloji təsirlərinin araşdıracağı bildirilib.

 Image result for Today, the @EPA announced it will end toxicity testing requirements on mammals by 2035!

Hərkəsdən müsbət reaksiya gəlmədi

Ətraf mühiti Qoruma Təşkilatının verdiyi qərar hamı tərəfindən təəssüf ki, müsbət qarşılanmadı. Məsələn, Heyvanlara Etik Rəftar Üçün Mübarizə Edənlər Təşkilatı (People for the Ethical Treatment of animals- PETYA) alınan bu qərarı böyük bir sevinclə qarşılayarkən Təbii Sərvətləri Qoruma Şurası (The Natural Resourses Defense Council-NRDC) adlı beynəlxalq təşkilat, alınan qərarı "məsuliyyətsizlik" kimi səciyyələndirib.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır