iPhone istifadəçiləri yeni iPhone-lərin ölçüsündən narazıdır

  • 14 Sentyabr 2019

Bir müddət əvvəl təqdim olunan iPhone 11 seriyası dizaynı və bir çox xüsusiyyətləri ilə tənqid hədəfi oldu. Təqdimatdan sonra bəzi istifadəçilər yeni iPhone-ların çox böyük olmasına qarşı üsyan etdilər.

Chip.az xəbər verir ki, Apple bu yaxınlarda üç yeni cihaz təqdim etsə də texnologiya nəhəngi hər il adi reaksiyasının əksini gördü. IPhone 11 seriyası sosial mediada kütlələrin sıx reaksiyasına səbəb oldu. Bir çox insan telefonu dizaynına görə tənqid etdi. 

Apple-ın yeni modellərinə başqa bir cavab kiçik telefonları sevən istifadəçilərdən gəldi. Bir çox istifadəçi yeni iPhone modellərinin həddən artıq böyük olduğunu və telefonların əllərinə uyğun olmadığını söyləyib.

İPhone 11-nin iPhone XR ilə eyni ölçüdə olması işləri daha da qarışdırıb.  Nəslinin ən kiçik telefonu olan iPhone 11-in ölçüsü XR ilə eyni ölçüdədir. Əslində, hər üç telefonun ölçüsü demək olar ki, iPhone XS Max-la eyni böyüklükdədir.

Apple-ın kiçik telefon istifadəçiləri iPhone SE II-nin buraxılmasının tərəfdarıdır. Kiçik telefon sevən istifadəçilərə xitam edən ən son model iPhone SE II olmuşdu. Daha sonra Apple bu ölçüdə telefon təqdim etməyib.

 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır