Məşhur YouTuber stress səbəbindən fəaliyyətinə son verdi

  • 13 Sentyabr 2019

1,3 milyon izləyicisi olan Youtuber Christine Sydelko, artıq stressə dayana bilmədiyini və YouTube karyerasını bitirdiyini söylədi. 

Chip.az xəbər verir ki, bir çox insan YouTuberlərin həyatından təsirlənir və yerlərində olmaq istəyir. Bu parlaq həyatın arxasında trend, stres və təzyiq var. Məşhur YouTuber Christine Sydelkonun yaşadığı təcrübələr Youtuberlərin həyatını göstərir.

YouTube-da 1,3 milyon abunəçisi olan Christine Sydelko stres səbəbindən zehni çöküşdən əziyyət çəkir. Məşhur YouTuber, iyun ayında paylaşdığı bir tvitində depressiya və narahatlıq içində olduğunu söyləyib. Sentyabrın 6-da artıq bu stresə dözə bilmədiyini internet dünyasını tərk etdiyini açıqladı. 

Bu sendromu yaşayan Youtuberlər çox olur. Keçən il YouTube-da 14 milyon abunəçisi olan Lilly Singh, tükənmişlik sindromundan əziyyət çəkdiyini bildirmişdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır