HBO-nun yeni serialı 4 noyabrda ekranlara gələcək

  • 13 Sentyabr 2019

''Game of Thrones''-un yaratdığı boşluğu doldurmaq istəyən HBO, oxşar serialları ekranlara gətirməyə hazırlaşır. Fenomen seriyasını əvəz etməsi gözlənilən ''His Dark Material'' seriyası noyabr ayının əvvəlində ekranlara çıxacaq.

Chip.az xəbər verir ki, ''Game of Thrones'' böyük bir müvəffəqiyyət qazanaraq insanları televiziyada kilidlədi. Müxtəlif yayım platformaları da ''Game of Thrones'' tamaşaçılarını öz ekranlarına çəkməyə başladılar.  Netflix isə ''The Witcherə''-ə hazırlaşır. 

''His Dark Materials'' Philip Pullmanın kitablarından ibarət seriyadır. Serialın əvvəlki ekranlaşdırma işi olan ''Qızıl Kompas'' illər əvvəl ekranlara gəlmişdi.

HBO-nun yeni serialı da çox maraqlı aktyorlarla diqqət çəkir. Kit Connor, Dafne Keen, Ruth Wilson, James McAvoy, Ian Peck, David Suchet, Cristela Alonzo və Lin-Manuel Miranda serialda yer alır.

''His Dark Materials'' daha müasir bir dövrdə baş verir və fantastik varlıqlar baxımından daha zəngin olacaqdır.  Hər mövsüm səkkiz epizoddan ibarət olacaq.

 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır