Azərbaycanda televiziya və radio kanallarının yayımı bir günlük dayandırılacaq

  • 13 Sentyabr 2019

Sentyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq.

"Teleradio" İstehsalat Birliyindən Chip.az-a verilən məlumata əsasən, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

Bu günədək profilaktika martın 4-də və iyunun 10-da keçirilib, üçüncüsü sentyabrın 16-da, dördüncüsü isə dekabrın 9-da keçiriləcək.

 

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır