Azərbaycanda ilk dəfə NASA Space Apps Challenge keçiriləcək

  • 13 Sentyabr 2019

Azərbaycanda ilk dəfə “Azərkosmos” ASC-nin və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, ADA Universiteti və Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA ) tərəfdaşlığı ilə birgə dünyanın ən böyük hackathonu – “NASA Space Apps Challenge” keçiriləcək.

Chip.az xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “NASA Space Apps Challenge Hackathon” müsabiqəsi zamanı iştirakçılar – tələbələr və hackathon həvəskarları 2 gün ərzində təxminən 48 saat müddətində verilən tapşırıq üzərində işləyərək məhsul təqdim etmək üçün bir araya gələcəklər. Yarış iştirakçıları öz təcrübə və biliklərini digərləri ilə bölüşməklə yanaşı, “NASA Space Apps Challenge Hackathon”u çərçivəsində innovativ məhsul yaratmaq imkanı əldə edəcəklər.

Hackathon oktyabrın 18-20-də Bakıda ADA Universitetində baş tutacaq. Müsabiqədə qalib komanda üçün mükafat 10 min manat nəzərdə tutulub. İkinci yerin sahibi – 5 min manat, üçüncü yerdə qərarlaşan komanda isə 2500 manat mükafat qazanacaq.

Təşkilatçılar bildirib ki, “NASA Space Apps Challenge” Yer və kosmosu anlamaq təcrübəsi əldə edərək, həmfikir komanda yoldaşını tapmaq və hacking bacarıqlarını nümayiş etdirmək üçün yaxşı bir fürsətdir. İştirakçılar əhatələrini genişləndirmək, mentorlardan və mütəxəssislərdən, eləcə də bir-birindən öyrənmək şansı əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər