iPhone X və iPhone 11 Pro ilə çəkilən şəkil fərqi

  • 13 Sentyabr 2019

Apple yeni iPhone 11 və iPhone 11 Pro smartfonlarını təqdim etdi. Ən çox maraq yaradan xüsusiyyət isə gecə rejimidir. Bu xüsusiyyət texniki olaraq Google Pixel-in gecə vizyonu rejiminə bənzəyir. 

Chip.az xəbər verir ki, Kanadalı model və Nomad Business Modeling Agency-nin qurucusu Coco Rocha, iPhone 11 və iPhone X-in kameralarının gecə rejimini müqayisə edən bir neçə fotoşəkil yayımlayıb.

Şəkillər arasında olduqca böyük fərq var. iPhone 11 ilə çəkilən fotoşəkil daha aydındır. iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max hamısı gecə rejimini dəstəkləyir. Bu rejim flaş istifadə etmədən təbii, parlaq şəkillər hazırlamağa imkan verir. Bu rejimi mümkün edən şey, iPhone-nun yeni kamera cihazıdır.

 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır