Yeni "Game of Thrones" serialı Targaryen ailesi haqqında olacaq

  • 13 Sentyabr 2019

HBO yeni ''Game of Thrones'' ekranlaşması üzərində işləyir. Ekranlaşma ''Game of Thrones'' seriyasından 300 il əvvəl baş verəcək və Targaryen ailəsi haqqında olacaq.

Chip.az xəbər verir ki, HBO ''Game of Thrones'' ekranlaşması üzərində işləyir. Yeni serial Targaryen ailəsinin hekayəsi əsasında çəkiləcək.

Serialın ekranlaşması George R. R. Martin-in “Fire & Blood” (Atəş və Qan) kitabına əsaslanacaq. Yeni uyğunlaşmanın ssenarisini George R.R. Martin və Rayan Condal birlikdə yazırlar.

Bundan əvvəl HBO, ''Game of Thrones''-dan uyğunlaşdırılacaq 5 layihə üzərində çalışdığını açıqlamışdı. Açıqlanan 5 layihədən biri üzərində işlənilir. George R. R. Martin tərəfindən hazırlanan bir blog yazısına görə, istehsalı davam edən serial, orijinal seriyadan 10000 il əvvəl baş verəcək.

On min illik tarixi olan ''Game of Thrones''-un yeni seriyası George R. R. Martin “Uzun gecə” adlandırır.

Qeyd edək ki, HBO seriallar haqqında az məlumat paylaşır.

 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır