Bir şirkət 99 dollara DNT-nizi Aya göndərəcək

  • 13 Sentyabr 2019

Ayın orbitinə şəxsi bir səyahət milyonlarla dollara başa gəlir. Yeni bir təşəbbüs isə yalnız 99 dollara Aya izinizi buraxmağa təmin edir.

Chip.az xəbər verir ki, Lifeship adlı şirkət, bu xidməti 99 dollara təklif etdiyini deyir.
 
Lifeship şirkətinin qurucusu Man Haldeman, ideyası DNT nümunələrini Aya göndərməkdir. Ağızdan (tüpürcəkdən) alınan DNT nümunələri sayəsində həm bir parçanızız kosmosa göndərmiş olursunuz, həm də Dünya yaşanmayacaq hala gəlsə də bəşəriyyətdə iziniz qalmış olur.

tükürük örneği alma
 
Kickstarter-da investisiya toplayacaq olan təşəbbüs, müvəffəqiyyətli olacağı təqdirdə 99 dollar ödəniş edən şəxslərdən tüpürcək nümunələrini alacaq və onlardan DNT nümunələrini ayıracaq. Bu material süni kəhrəba adı verilən bir qabın içində saxlanılaraq Aya göndəriləcək.
 
Texniki olaraq DNT-lərin Ayda əbədi yaşayacağı iddia edilir, ancaq təbii ki, bu iddia bir qədər şişirdilib. Lifeship layihəsinin rəhbəri bel DNT nümunələrinin nə qədər qalacağı ilə bağlı bir fikrə sahib deyil.
 
Halderman, məsələ ilə bağlı verdiyi açıqlamada göndəriləcək DNT nümunəsi üçün "Ayda milyonlarla il qalacağını təmin edə bilmirik, amma uzun müddət orada olacaqdır." deyə bildirib. Lakin bu layihənin kosmosa göndərilən DNT-lərin gələcəkdə nə olacağını görmək üçün əhəmiyyətli olduğu qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır