Huawei, 5G teknologiyasını dəstəkləyən Mate X-ı fevral ayında, Mate 20 X 5G-ni isə May ayında tanıtmıştı. Mate X hələ bazara təqdim olunmasa da Mate 20 X 5G bəzi ölkələrdə, məsələn, İngiltərədə fəal istifadə edilməyə başlayıb.
Chip.az xəbər verir ki, hər iki smartfonda 5G bağlantısı təmin etmək üçün 7 nm istehsal prosesi ilə istehsal olunan Kirin 980 prosessoru Balong 5000 modemi ilə müşayiət olunur. Hal-hazırda ABŞ böhranı ilə gündəmdə olan və Google tətbiqetmələrini Mate 30-a daxil edə bilməyən Huawei-dən gözlənilməz bir açıqlama ilə gəldi.

Son müsahibədə Huawei baş direktoru şirkətin 5G aktivlərini satmağı düşündüyünü açıqlayıb.
5G lisenziya portfelinə, kodlara, planlara və istehsal məlumatlarına tam giriş edə biləcək. Bir çox insan Huawei-nin böyük səylər göstərdiyi və dünyanın ən yaxşısına çevrilən 5G texnologiyasındakı işlərini görəndə təəccübləndi.
Bu satışın səbəbi şübhəsiz ABŞ-dır. Çin texnologiya nəhəngi 5G üzərində üstünlüyünü qoruduğuna baxmayaraq, ABŞ-ın embarqosu və digər ölkələrə təzyiq etməsi işləri çox çətinləşdirir.
Huawei hələlik bu satış üçün istədiyi məbləği açıqlamayıb.
Nigar Həsənova