Yaponiya, Nüvə Stansiyasından çıxan radioaktiv suyu dənizə tökəcək

  • 12 Sentyabr 2019

Yaponiyada 11 Mart 2011-ci ildə reallaşan 9 bal gücündə zəlzələnin təkan verdiyi sunamidən Yaponiyanın Fukushima Nüvə Santra-lıda zərər görmüşdü. Sunami sonrasında nüvə stansiyasında üç nüvə ərimə və üç hidrogen partlayışı baş vermişdi. Yaponiya, bu partlayışlar sonra soyutma əməliyyatları üçün istifadə etdiyi suyu və çirklənmiş yeraltı suyu okeana buraxmağa hazırlaşır.

Bu zəlzələdə dalğa hündürlüyü 40 metr olan bir sunamiyə təkan vermişdi. Ölkə tarixindəki ən böyük zəlzələ olan fəlakətdən sonra baş verən sunami Yaponiyanın Fukushima Daiichi Atom Elektrik Stansiyasında üç nüvə ərimə və üç hidrogen partlamasına səbəb olub.

 

Chip.az bildirir ki, sunami fəlakətinin ardından nüvə stansiyasında radioaktiv maddələr tərəfindən çirkləndirilmiş 1 milyon tondan artıq su yığılmışdı. Bu çirkləndirilmiş suyun iki mənbəyi var. Çirkli suyun ilk mənbəyi, sunami səbəbindən reaktorun həddindən artıq isinən və əriyən nüvəsini soyutmaq üçün istifadə edilən su kütləsidir. İkinci mənbə isə reaktorun altına sızan yer altı sularının radioaktiv maddələr ilə qarışmasıdır.

 

Nüvə stansiyasında bu an üçün bu çirkli suyu yığan 1.000 ədəd qapalı su tankı var. Ancaq stansiyada çirkli su toplanmağa davam edir. Yaz mövsümünün ardından var olan tankların çirkli suyu toplamaq üçün yetərli olmayacağı deyilir.

 

Yaponiyanın Ətraf Mühit üzrə naziri Yoshiaki Harada, 2022-ci ildə yeganə seçəcəyin çirkli suyu dənizə buraxmaq olacağını açıqlayıb. Ancaq Yaponiya hökuməti son qərarı vermək üçün mütəxəssislərin aparacağı bir panelin nəticəsini gözləyir.

 Fukushima nükleer santral 2

Greenpeace isə suyu dənizə buraxılmasının yeganə variant olmadığı deyir. Greenpeacee görə nüvə stansiyada toplanmış olan su filtrelenebilir və radioaktiv maddələrdən təmizlənə bilər. Ancaq bu həll Yaponiya üçün daha çox tank istehsalı və bahalı filtirləmə sistemi deməkdir.

 

Yaponiya İqtisadi Araşdırma Mərkəzi, çirkli suyun təmizlənməsi üçün lazım olan məbləğin 660 milyard dollardan artıq ola biləcəyini təxmin edir.

 

Fukushimada baş verən fəlakətin ardından reaktoru soyutmaq üçün istifadə edilən suyu saxlamaq məqsədilə su tankları inşa edilib. Ancaq soyutma fəaliyyəti davam edərkən həddindən artıq isinən reaktorun yaratdığı dəlik, yer altı sularının da reaktora sızmasına səbəb olub. Bu sular da soyutmaq üçün istifadə edilən su ilə bərabər çirklənib və tanklara toplanıb.

 

Fukushima Daiichi Nüvə Stansiya işçiləri, bu çirkli suyu təmizləmək üçün ilk olaraq seolit istifadə etdilər. Seolit, sezium radioaktiv izotop yapışan vulkanik bir maddədir. Seolit istifadənin sonra stronsium üçün çirkli su filtrləndi. Bu prosedurlara baxmayaraq tritium izotopunun filtrlənməsi aparılmadı. 2016-ci ildə Yaponiya, tritium filtrlənməsi üçün istifadə edilən mövcud üsulların Fukushimada işə yaramayacağını açıqlayıb.

Greenpeace isə verdiyi açıqlama ilə Yaponiya hökumətinin tətbiq olunan bilinəcək üsulları yüksək xərcdən qaçmaq üçün etmədiyini bildirir.

 Fukushima nükleer santral

Tritium olan su insanlar üçün çox təhlükəli deyil. Amma bu tritium olan su dənizə buraxılsa yerli dəniz növlərini təhlükəyə atacaq.

 

Tokio Elektrik Enerjisi Şirkətinin (Tepco) yaydığı hesabat, stansiyanın dənizə buraxdığı tullantıların olması lazım olandan 80 faiz çox çirkinliyə malik olduğunu göstərdi. Eyni zamanda bəzi tanklarda olan suyun radiasiya səviyyəsi, Yaponiyanın öz təhlükəsizlik standartlarının 20.000 qat üzərindədir.

 

Yaponiya, Fukushimada olan çirkli suyu dənizə buraxsa, fəlakətə səbəb ola biləcəyi kimi yaxınlardakı sahillərə səyahətə də mane olacaq.

 

Qeyd edək ki, Fukushima fəlakəti, Çernobılda baş verən partlayış ilə birlikdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) "səviyyə 7" olaraq açıqladığı iki nüvə fəlakətdən biridir. Fəlakət sonrasında 200.000 insan bölgəni tərk edib. Bölgədən ayrılan insanlardan 43.000 nəfər bölgəyə geri qayıtmayıb.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır