Dünən təqdim olunan Apple məhsullarından bir ədəd satın almaq üçün nə qədər büdcəyə ehtiyac var?

  • 5 gün Əvvəl

Apple-nin hər il keçirdiyi, artıq ənənəyə çevrilmiş sentyabr tədbiri yekunlaşdı. Bəzilərinə görə çox təsirli, bir çox insana gör son dərəcə orta dəyərləndirilən proqramda Cupertino-lu şirkət yeni məhsullarını tanıdıb. Bəs, Apple-nin son 2 saat içərisində tanıtdığı hər məhsuldan bir ədəd alsaq nə qədər pulunuzun çıxacağı size maraqlandırırsa, aşağıdakı rəqəmlərə göz atın.

Dəqiq məbləğ haqqında məlumat verməzdən öncə qeyd edək ki, bu qiymət kifayət qədər böyük məbləğdir. Nə qədər böyük? Gəlin birlikdə baxaq.

iphone 11 ailesi

iPhone 11 ailəsi

Chip.az bildirir ki, Apple, hər il olduğu kimi bu il də iPhone-larını təzələdi. Adlar keçən ilə nisbətən çox daha aydın hala gəldi; Beləliklə, iPhone 11, alt səviyyə bir cihaz deyil standart model oldu. iPhone bir də MacBook-larda olduğu kimi Pro modelinə qovuşdu. Həm də iki fərqli ölçüdə. İndi gəlin, bu modellərin hər birindən bir ədəd almaq istədiyinizi fərz edək o zaman nə qədər puı xərcləmiş olacaqsınız?

 iPhone 11 (256 GB): 849 dollar

 iPhone 11 Pro (512 GB): 1349 dollar

 iPhone 11 Pro Maks (512 GB): 1449 dollar

Cəmi 3.647 dollar pul edir ki, bu hələ son deyil.

Apple Watch Series 5

Apple səhnədə saatı ümumi olaraq tanıtmış olsa da (buradan baxa bilərsiniz) Apple Stor-a baxanda 32 fərqli Apple Watch görürük. Bu qədər çox olmasının səbəbi isə əsas olaraq taxılma hissələrinin fərqli olmasıdır. Ortalama olaraq bir büdcə müəyyən etdik.

 Apple Watch Series 5 Herms Edition: 1399 dollar

 Standart Apple Watch Series 5: 399 dollar

 Orta hesabla: 899 dollar

 Cəmi 2.697 dollar pul edir. Bu da son deyil.

ipad 7

 iPad 7

Apple-nin əvvəllər 9,7 düym və 7,9 düym olmaqla 2 fərqli iPad ölçüsü var idisə, indi bu ölçü fərqliliyi daha çoxdur. Bunlardan təqdimatı edilən iPad 7 isə 10,2 düym ekranla gəlir. Qiyməti isə digər iPad-lərə görə daha uyğundur.

iPad 7 (128 GB - Wifi + Cellular): 559 dollar

apple arcade

Apple Arcade

Apple-dən ilk dəfə bir oyun abunə sistemi görürük. 100-dən çox oyunla gələcək olan xidmətin qiyməti isə Apple-ninın tarif siyasəti tarixinə baxdıqda olduqca diqqətçəkicidir. Yeni xidmət, ayda sadəcə 4,99 dollara təqdim olunacaq. Əlbəttə bunu istifadə edəcək olanların yeganə bir ay istifadə edəcəyini düşünmək doğru olmaz. Bu səbəbdən aldığımız qiyməti 1 il üzərindən qiymətləndiririk. 1 aylıq pulsuz sınaq müddətini isə əlavə etmədən 11 aylıq ödəyəcəyiniz qiymət isə aşağıda qeyd olunub.

Apple Arcade abunəliyi (1 il): 54,89 dollar

Apple TV+

Apple Arcade-yə bənzər şəkildə bir abunə sistemi olan Apple TV+, tanış olduğumuz bir xidmətdir. Netflix platformasının bənzəri olan bu sistemin ilk işində isə Aquaman kimi tanıdığımız Jason Momoa oynayır. Xidmətin aylıq qiyməti, Apple Arcade ilə eynidir: 4,99 dollar.

Apple TV+ abunə (1 il): 54,89 dollar

 

Gəldik ən maraqlı bölməyə: Bütün bunlar neçəyə başa gəlir?

Yuxarıda qeyd etdiyimiz hər bir məhsulun qiymətlərini toplasaq ortaya 7.012,78 dollar məbləğində bir büdcə çıxır. Bu da 11.921,68 azn deməkdir.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır