Evinə basqın edilən bitcoin milyonçusu özünü ikinci mərtəbədən atdı

  • 10 Sentyabr 2019

Norveç Prokurorluğundan əldə edilən ittihamnaməyə görə Bitcoin milyonçusu, evinə səssiz tüfənglə basqın edən bir soyğunçunun təhdidlərinə boyun əymədi və çıxışı evinin 2-ci qatından tullanmaqda tapdı.

 
Chip.az Norveçin yerli mətbuatında yer alan xəbərə istinad edərək bildirir ki, norveçli bir kripto pul milyonçusunun evinə bir soyğunçu basqın edir. Soyğunçunun təhdidlərinə boyun əyməyən milyonçu, onun dediklərini etmək əvəzinə, çıxışı 2-ci mərtəbədə yerləşən evinin eyvanından tullanmaqda görür.
 
Qeyd edək ki, bu baş verən ilk hadisə bu deyil:
 
Baş verən hadisədən sonra sağlamlıq vəziyyəti haqqında məlumat verilməyən və adı gizli saxlanılan iş adamının deyilənlərə görə olduqca yüklü miqdarda kripto pulu vardı. Yenə iddialara görə, hücuma məruz qalan şəxsin şəxsi sərvətinin 100 milyon Norveç Kronunun  üzərində olduğu deyilir.
 
 
Belə ki, bu ilk belə soyğun deyil. 2015-ci ildə ABŞ vətəndaşı bir yanğınsöndürmə əməkdaşı, Bitcoin hesabı məlumatlarını soyğunçulara vermədiyi üçün bıçaqlanmışdı. Başqa bir hadisədə - 2017-ci ildə isə Ukraynada bir kripto valyuta analitiki qaçırılmış və nəticə olaraq 1 milyon dollar məbləğində fidyə pulu alınmışdı.
 

Sevinc Babab-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır