Joker filmi yayımlanmadan ilk böyük mükafatını qazandı

  • 09 Sentyabr 2019

İtaliyada 76-cı dəfə keçirən “Venesiya Film Festivalı”-nda “Qızıl Aslan” mükafatı, “Joaquin Phoenix”-in baş rolunda yer aldığı Joker filminə verilib. Joker, qarşıdakı ay kinosevərlərlə görüşəcək.

Chip.az bildirir ki, Warner Bros-un həyəcanla gözlənən "Joker" filmi, "Venesiya Film Festivalı"-nda çox böyük bir maraqla qarşılandı. Xatırladaq ki, festival bu il İtaliyada 76-cı dəfə keçirilir. Belə ki,film festivalının böyük mükafatı "Qızıl Aslan" (Golden Lion) "Joker" filminə verilib. Həmçinin, "Joker", "Qızıl Aslan" mükafatını alan ilk cizgi romandan təsirlənərək çəkilən film kimi tarixə keçdi.

Joker, daha vizyona girmeden ilk büyük ödülünü kazandı

"Venesiya Film Festivalı"-nda "Qızıl Aslan" mükafatını qazanmaq həqiqətən də böyük bir uğurdur. Bu mükafatın əvvəlki sahibləri arasında "Roma" (2018) "The Shape of Water" (2017) kimi filmlər var. Hər iki film daha sonra "Oskar Akademiya Mükafatları"-nda də böyük müvəffəqiyyət qazanmışdı. İndi Joker filminin də "Oskar" - ən yaxşı film kateqoriyasında namizəd göstərilməsi gözlənilir.

 Joker, daha vizyona girmeden ilk büyük ödülünü kazandı

 

8 dəqiqə boyunca ayaqda alqışlandı

"Joker" filminin "Venesiya Kino Festivalı"-nda yayımlanan fraqmenti tamaşaçılar tərəfindən inanılmaz dərəcədə maraqla qarşılandı. "Variety" tərəfindən yayımlanan xəbərə görə, nümayişə qatılan tamaşaçılar "Joker"-i tam səkkiz dəqiqə boyunca ayaqda alqışlayıb. İştirakçıların xüsusilə də Joaquin Phoenix-ə böyük maraq göstərdiyi bildirilir.

 Image result for

"Venesiya Film Festivalı"ndan sonra filmin topladığı xalları hazırda gözləntilərin çox üzərindədir. The Guardian, Empire IGN tənqidçiləri "Joker"-i 10 üzərindən 10 xall verib. Bu cür saytlardan 10/10 bal almağı bacaran filmlər çox nadir hallarda görünür.

 Image result for

Cəmiyyətin məhəl qoymadığı uğursuz bir məzhəkəçinin inanılmaz dəyişikliyini izləyəcəyimiz "Joker" filmi, 4 oktyabr 2019-cu ildə ekranlarda yayımlanacaq. Filmin baş rolunda son illərdə böyük işlərə imza atan Joaquin Phoenix yer alır. Rejissor qoltuğunda isə The Hangover seriyasından tanıdığımız Todd Fillips oturur.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır