Onlayn yemək çatdırılması edənlərin yüzdə 30-u yeməklərin dadına baxır

  • 05 Sentyabr 2019

ABŞ-da aparılan bir araşdırmada kuryerlərin təslim etdikləri yeməklərdən daddıqları ortaya çıxıb.

Chip.az “USA Today” qəzetində dərc olunan xəbərə istinad edərək bildirir ki, onlayn yemək sifarişlərini çatdıran kuryerlər çatdırdıqları yeməklərin dadına baxır. Qəzetdə yayımlana bu xəbər bir tədqiqata əsaslanır.

Картинки по запросу online food delivery

Kuryerlər yemək iyindən əziyyət çəkir.

Araşdırma; Ubereats, GrubHub, Doordash Postmates kimi onlayn yemək çatdırılması edən tətbiqləri istifadə edən istehlakçılar ilə çatdırılmanı həyata keçirən kuryerlər arasında keçirilib. Tədqiqatı qida xidmətləri distribüteri US Foods, 500 kurye və 1500 tətbiq istifadəçisi arasında aparıb. Buna görə, istehlakçıların 21 % -i onlara təslim edilən yeməklərin içində qüsur olduğundan şübhələnir. Kuryerlərin 54 %-i də yeməklərin qoxusundan təsirləndiklərini və 100-də 27-si də ətirə dözməyib, yeməklərdən daddıqlarını etiraf edir.

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу online food delivery

 Qoxuya qarşı təhlükəsiz qablaşdırma təklifi

Araşdırmaya dair Uberearts və  GrubHub-dan açıqlama gəlməyib. US Foods isə vəziyyəti qəbul edib və məyus olduqlarını bildirib. Bununla yanaşı müştərilərin 85 %-i kuryer qoxudan əziyyət çəkməməsi üçün yeməklərin təhlükəsiz bir paket içində təslim edilməsi lazım olduğunu düşünür. Araşdırmada kuryerlərin fikirlərinə də yer verilib. Kuryerlərədn 60 %-i müştərilərin çox az, ya da heç bəxşiş verməməsindən şikayət edir. 39 % kuryer isə tətbiq istifadə edən müştərilərin qeyri-müəyyən göstəriş verdiklərini düşünür.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır