Martin Lawrence və Will Smith-in 25 il sonra yenidən bir araya gəldiyi Bad Boys for Life filminin fraqmenti yayımlandı

  • 05 Sentyabr 2019

Will Smith-in 25 il sonra geri qayıtdığı Bad Boys for Life-in fraqmenti yayımlandı.

Chip.az bildirir ki, Martin Lawrence Will Smith-in baş rolda yer aldığı aksion filmi Bad Boy-un üçüncü bölümünün fraqmenti yayımlandı. Bad Boys for Life-in çıxış tarixi isə 7 yanvar 2020-ci olaraq müəyyənləşdirilib.

Картинки по запросу Bad Boys for Life

Möhtəşəm avtomobillərə və partlayışlara xəstə olan Miami narkotik detektivləri, Bad Boys For Life ilə yenidən mavi ekranlara gəlir. Belə ki, prodüser şirkət Sony Pictures, filmin ilk fraqmentini dərc etdi.

Похожее изображение

Adil El Arbi Bilall Fallah-ın birlikdə idarə etdiyi Bad Boys For Life, Lawrance və Will Smit-i ikilisini Marcus Burnett Mike Lowrey olaraq geri gətirir və Florida şəhərində yeni bir təhlükəylə qarşı-qarşıya qoyur. Filmin aktyor heyətində isə Vanessa Hudgens, Charles Melton Alexander Ludwig kimi adlar da yer alır.

 bad boys for life

Filmin ilk seriyası 24 il əvvəl çıxıb:

İlk Bad Boys filmi 1995-ci ildə çıxıb və filmdən dünya miqyasında 141,1 milyon dollar hasilat əldə edilib. Film həmçinin Will Smit-in oynadığı ilk aksion filmi idi və onun böyük büdcəli film kariyerasının başlamasına yardımçı olmuşdu.

Похожее изображение

İkinci Bad Boys filmi olan Bad Boys II isə 2003-ci ildə daha yüksək bir büdcəylə ekranlaşdırılmışdı. Bu filmdə dünya miqyasında böyük bir müvəffəqiyyət qazandı və filmdən 273,3 milyon dollar hasilat əldə edildi.

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Bad Boys for Life

Hər iki seriyanı məşhur rejissor Michel Bay ekranlaşdırıb.

Bad Boyun üçüncü bölümü - Bad Boys for Life isə rəsmi olaraq, 2018-ci ilin oktyabr ayında  təsdiqini aldı. Filmin çəkilişləri isə bu ilin əvvəllərində Atlanta və Miami aparılıb. Yeni filmin ekran tarixi isə 7 yanvar 2020-ci il olaraq müəyyənləşib.

 ÐŸÐ¾Ñ…ожее изображение

 Sony Pictures-in yayımladığı fraqmentə aşağıda baxa bilərsiniz:

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır