Dünyanın ən bahalı maşını Bakıya gətirildi - (Foto)

  • 04 Sentyabr 2019

Dünyanın ən bahalı avtomobili “Rolls-Royce Sweptail” Bakıya gətirilib.

Chip.az “Cars in Baku” səhifəsinə istinadən xəbər verir ki, həmin avtomobil “Baku Cargo Terminal”a tranzit olaraq gəlib.

Həmin avtomobilin sahibi çinli iş adamıdır və o, avtomobil kolleksioneridir.

Bu avtomobil onun üçün individual olaraq bir nüsxədə hazırlanıb.

Qeyd edək ki, “Rolls-Royce Sweptail”in qiyməti 12 milyon 800 min dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır