Robotlara ağrı hiss etmə qabiliyyəti qazandıran elektron dəri istehsal edildi

  • 03 Sentyabr 2019

Cənubi Koreyanın elm adamları, xüsusi sensorlar və nano simlər istifadə edərək ağrı hiss edən elektron dəri inkişaf etdirməyi bacardılar. İnkişaf etdirilən bu dəri həm insan robotlarda, həm də protez orqanlarda istifadə etmək mümkün olacaq.

Kompüter, proqram və elektron texnologiyalarının inkişafı ilə birlikdə robot texnologiyaları da inkişaf edir. Artıq robotlar, bir çox yerdə insanlara yardımçı olur, hətta bəzən insanların görməsi lazım olan işləri birbaşa olaraq robotlar görür.

Chip.az bildiririr ki, süni zəka dəstəyinin də əlavə olunması ilə birlikdə bir az daha inkişaf edən robotlar, artıq ağrı hiss edəcək vəziyyətə gətirildilər. Cənubi Koreyanın elm adamları, robotların ağrı hiss etdikləri elektron dəri inkişaf etdirməyi bacardılar.

Картинки по запросу robots

Bu günə qədər inkişaf etdirilən elektron dərilər, robotlara daha çox obyektləri həssas bir şəkildə almalarına və daşımalarına yardım edirdi. Aparılan son çalışmalarsa robotların isti, soyuq və ağrı hiss etməsini təmin edir.

robot

Mövzu ilə bağlı araşdırmanın bir nömrəli adı Jae Eun Jang, ağrının hiss edilməsi üçün xüsusi sensorların istifadə edilməsi lazım olduğunu və bu sensorların quruluşları sayəsində batareya tələb etmədiyi üçün həm insanlarda, həm də insan robotlarda istifadə edilə bilər. Jang, apardıqları araşdırmanın robotlara duyğu qabiliyyəti iştirak etməsinin yanaşı, süni zəkanın riskləri ilə bağlı aparılacaq işlərə qapı açacağını, çünki, ağrı hiss edən bir robotun nə qədər agresifleşəcəyi bu elektron dəri ilə görülə biləcəyini deyib.

Похожее изображение

İnsanabənzər robot texnologiyaları hər keçən gün bir az daha inkişaf edir və bu inkişaf, illik nisbətdə 50 faiz səviyyələrində olur. 2026 ilə gəldiyimiz zaman insanabənzər robotların inkişaf etdirilməsi üçün qoyulan investisiyaların 13 milyard dollara çatacağı gözlənilir. Bu da artıqlaması ilə funksional olan insanabənzər robotların bir mənada seriyalı istehsal ediləcəyini göstərir. Sonrakı dövrlərdə, insanabənzər robotların gələcəyi nöqtə hamı birlikdə görə bilər.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər