Xiaomi Azərbaycanın telefon bazarında Samsung-u qabaqladı

  • 03 Sentyabr 2019

Bu ilin avqust ayında Azərbaycanın mobil qurğular bazarında “Samsung”un payı iyul ayı ilə müqayisədə 2,4 faiz bəndi azalıb.

Chip.az apa.az-a istinad edərək bildirir ki, “Global Stats” statistika mərkəzinin məlumatına görə, sentyabrın 1-nə “Samsung”un ölkə üzrə bazar payı 57,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,3 faiz bəndi azdır. Populyarlığına görə “Samsung” ölkənin mobil qurğuları bazarında birinci yeri tutur.

Cari ilin avqust ayında “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı 18 faiz bəndi artıb. Bu göstərici sentyabr ayının 1-nə olan məlumata görə 14,3% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 8,8 faiz bəndi çoxdur. Populyarlığına görə “Xiaomi” ölkənin mobil qurğuları bazarında ikinci yeri tutur.

3-cü yerdə bazar payı 12,3% olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı avqust ayı ərzində 4,3 faiz bəndi artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 9,1 faiz bəndi çoxdur.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: “Huawei” – 3,45%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 2,02%, LG – 1,79%, “Nokia” – 1,75%, “Lenovo” – 1,34%, HTC – 0,99%, “Alcatel” – 0,76% və s.

 

Chip.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır