Hindistanın kosmik maşını - Vikram, şənbə günü aya eniş edəcək

  • 03 Sentyabr 2019

Hindistanın təxminən 1 ay öncə kosmosa göndərdiyi Chandrayaan, hədəfə çatıb. Növbəti vəzifə isə Vikran eniş maşınına keçir. Bu vəzifə çərçivəsində Vikram, şənbə Aya eniş həyata keçirməyi planlaşdırır.

Chip.az bildirir ki, Hindistan Kosmik Araşdırma Təşkilatı (ISRO), Ay araşdırma missiyası olan Chandrayaan-2-ni bir neçə ay bundan əvvəl başlamışdı və bu gün gələn xəbərlərə görə isə eniş vasitəsi olan Vikram, Chandrayaan-2-dən uğurla ayrıldı və səthinə eniş etmək üçün Aya doğru yönəldi.

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Chandrayaan-2 Vikran

Vikram eniş maşını, 7 sentyabr (şənbə günü) günorta saatlarında Ay səthinə yumşaq bir eniş həyata keçirəcək. Eniş uğurla tamamlandıqdan sonra isə Vikramda yer alan kəşfiyyat vasitəsi, Ayda su əlamətlərini və Günəş sisteminin fosil izlərini axtaracaq. Vikram eniş maşını, Hindistanın Sovet hökuməti, ABŞ və Çindən sonra Ay səthində kəşf edən 4-cü ölkə olmasını təmin edəcək.

 ÐŸÐ¾Ñ…ожее изображение

 Missiya çərçivəsində Ayın cənub qütb bölgəsi araşdırılacaq:

Missiya daxilindəki Vikram, Ayın cənub qütb bölgəsinə yumşaq bir eniş edən ilk kosmos vasitəsi olacaq. Eniş öncəsi topoqrafik tədqiqatlar aparan və eniş bölgəsini araşdıran qrup, kosmos vasitəsini təxminən 70° cənub enliyində yerləşən iki krater (Manzinus C və Simpelius N) arasındakı yüksək düzənliyə yumşaq bir enmə ilə endirəcək.

 ÐŸÐ¾Ñ…ожее изображение

Eniş uğurla tamamlandıqda isə missiyanın əsas hissəsi başlayacaq. Vikram eniş vasitəsinin içində yer alan Pragyan adında 6 təkərli bir robotik kəşf vasitəsi, Vikramdan ayrılacaq və 14 gün ərzində Ay səthində araşdırmalar aparacaq. Pragyan, eniş vasitənin 500 metr uzaqlığına qədər bir mənzilə sahib olacaq və günəş enerjisi ilə çalışacaq.

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Chandrayaan-2 Vikran

Hindistan, daha əvvəl də Chandrayaan-1 adı altında bir Ay vəzifəsini müvəffəqiyyətlə tamamlamışdı. 2-ci Ay missiyası olan Chandrayaan-2-də də uğurlu bir nəticə almaq istəyən ölkə, indidən 3-cü Ay missiya üçün hazırlıqlara başlayıb. Bu 3-cü missiyanın da yenə eyni adla Chandrayaan-3 olaraq adlandırılması gözlənilir.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır