İanələrlə hazırlanan pornoqrafik məzmunlu oyun Subverse-yə ön baxış ləğv edildi

  • 02 Sentyabr 2019

 Studio FOW tərəfindən Kickstarter ianələri ilə inkişaf etdirilən pornoqrafik məzmunlu oyun Subverse ilə bağlı bəyanatlar verən şirkət, oyunun ön istifadə prosesinin olmayacağını və qapalı beta test prosesinin davam etdiyini açıqlayıb.

Təxminən beş ay öncə sizlərlə "Subverse" adlı bir oyunla bağlı məlumat vermişdik. Bu oyunun inkişaf etdirən şirkəti "Studio FOW", pornoqrafik məzmunlu oyun üçün "Kickstarter" üzərində bir ianə kampaniyası başlatmış və kampaniyanın başlamasından qısa bir müddət sonra bir milyon dollarlıq ianə toplamışdı. Oyunla bağlı ianə kampaniyası başa çatıb və Studio FOW, təxminən iki milyon dollar ianə toplayıb.

 

Chip.az bildirir ki, ötən beş aylıq prosesdə də oyunun inkişaf prosesi yekunlaşdı. Hətta Studio FOW, oyunu Steam-də belə istifadəyə buraxdı və qapalı beta sınaqlarını başlatdı. Ancaq görünən o ki, Subverse-nin qapalı beta testləri bir müddət daha davam edəcək və oyunun ön əldə etmə proqramı olmayacaq.

Subverse

Subverse

Studio FOW tərəfindən edilən açıqlamalara görə, şirkətin bu an üçün qapalı beta sınaqlarını edilən 4.500-dən artıq cihaz yerləşir. Bundan başqa, şirkətə görə hekayə janrındakı oyunlarda ön əldə etmə proqramı gözlənilən effekti yaratmır və oyunun çəkisini çox da təsir etmir. Hal belə olduqda da şirkət, Subverse üçün ön əldə etmə proqramı tətbiq etməyəcək. Bəyanatlarda, həm özlərinə dəstək verən, həm də digər oyun həvəskarları üçün keyfiyyətli bir oyun inkişaf etdirmək məcburiyyətində olduqlarını bildirən şirkət, oyunu əvvəlindən sonuna qədər mükəmməl bir hala gətirmədən bazara sürməyin çox da məntiqli bir davranış olmadığını deyib.

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Subverse

Şirkət, Kickstarter üzərindən başlatdığı aksiyalarda ən azı 10 dollarlıq ianə edilməsi halında ianə sahiblərinin ön sifariş proqramına daxil ediləcəyini açıqlamışdı. Ancaq alınan bir qərar nəticəsində oyunun ön sifariş proqramı olmayacağı üçün, oyuna ən azı 10 dollarlıq ianə edən adamlar bu hüquqdan istifadə etməyəcəklər. Ancaq şirkət, 75 dollar və üzərində ianə edən istifadəçilərin qapalı test proqramına daxil olacağını açıqlamışdı. Studio FOW, verdiyi bu sözün hələ də arxasında və təyin olunan ianələrdə olan adamların, 28 sentyabr etibarilə oyunun qapalı beta prosesinə daxil olduğunu deyib.

 

 Subverse-nin Steam səhifəsinə buradan daxil ola bilərsiniz.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır