Huawei Mate 30 seriyasının təqdim edilmə tarixi bəlli oldu

  • 02 Sentyabr 2019

Google xidmətlərindən birinin belə istifadə olunmayacağı Huawei Mate 30 seriyasının təqdim edilmə tarixi bəlli oldu.

Huawei Mate 30 seriyanın buraxılış tarixi rəsmi şəkildə təsdiqləndi. Mate 30, Huawei-nin rəsmi Twitter hesabından apardığı posta görə 19 sentyabr (cümə günü) tarixində təqdim olunacaq. Belə ki, kamera və prosessoru ilə ön plana çıxan Mate 30 seriyasında heç bir Google servisi istifadə olunmayacaq.

Chip.az bildirir ki, Huawei, Mate 30 seriyasını Münhendə keçirəcəyi tədbirdə (19 sentyabr tarixində) rəsmi şəkildə təqdim edəcək.

Bu xəbər rəsmi Huawei Mobilya Twitter hesabından paylaşılıb. Şirkət, atdığı tweet ilə Mate 30-un yüksək səviyyəli foto çəkmə özəlliyinə sahib olduğunu xüsusi formada vurğulayıb.

Huawei, EMUI 10 haqqında verdiyi sual-cavab təqdimatında bu tarixi "səhvən" qeyd etdiklərini bildirib. İndi isə bu tarix tam dəqiqdir.

Mate 30 Serisinin Çıkış Tarihi

Made 30 seriyasında Google servislərindən istifadə olunmayacaq:

Daha əvvəl yayımlanan məlumatlarda Mate 30 seriyasının, ABŞ və Çin arasında davam edən ticarət münaqişələri səbəbindən ortaya çıxan sanksiyalardan əziyyət çəkəcəyi və Google servislərini bu smartfonlarad istifadə edilə bilinməyəcəyini eşitmişdik. Telefon bazara təqdim edildikdə Google-nin Huawei Mate 30 seriyası üçün xüsusi təkliflər edəcəyi gözlənilirdi. Bunun reallaşıb reallaşmayacağını isə zaman göstərəcək.

 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Huawei Mate 30

 Mate 30 Pronun, Kirin 990 prossesoru ilə gələcəyi gözlənilir:

Mate 30 seriyasından Mate 30 Lite, Mate 30 və Mate 30 Pro-nun satışa buraxılması gözlənilir. Telefon bazara çıxmadan ortaya çıxan vizual görüntülərə görə isə telefonun arxasındakı kamera sistemi, dairəvi bir sahəyə yerləşdirilmiş dörd ədəd kameradan ibarət olacaq. Mate 30 Pro-da isə bir neçə həftə əvvəl IFA 2019-da təqdim olunan Kirin 990 prosessoru istifadə edilə bilər.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır