Bill Gates haqqında sənədli filmin fraqmenti yayımlandı

  • 30 Avqust 2019

Netflix, seriallar və filmlər ilə yanaşı sənədli filmləri də əhatə edir. Üç fəsildən ibarət olacaq Netflix Bill Gates sənədli filminin ilk treyleri yayımlandı.

Chip.az xəbər verir ki, rejissorluğunu Davis Guggenheim-in edəcəyi filmin adı ''Inside Bill’s Brain: Decoding Bill Gates'' adı ilə çıxacaq. Cəmi 3 bölümdən ibarət olacaq sənədli filmdə Bill-in həyata baxış tərzi nümayiş olunacaq.

Geyts-in yaradımsevər tərəfini də göstərəcək sənədli filmdə Gates-in Microsoft-un CEO-nu tərk etdikdən sonra qlobal problemləri həll etmək cəhdləri də təsvir ediləcək.

Serialın rejissoru Guggenheim eyni zamanda prodüserdir. Digər istehsalçılara Jonathan Silberberg, Shannon Dill, Nicole Stott, Steven Leckart və Beth Osisek daxildir.

Bill Gates belgeseli Inside Bill’s Brain: Decoding Bill Gates, 20 sentyabrda yayımlanacaq.

 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır