Nike, Siri və Apple Watch tərəfindən dəstəklənən idman ayaqqabısını təqdim etdi

  • 30 Avqust 2019

Nike-in öz ayaqqabı texnologiyası olan "Adapt" yeni Nike ayaqqabısı ilə gəlir. Şirkət bu dəfə Adaptı Nike həvəskarlarının sevdiyi bir modelə gətirdi.

Chip.az xəbər verir ki, Nike-in Air Max 1 Air Max 90 ayaqqabıları dabanlarda görünən hava boşluğu yerləşdirməsi ilə yeni ayaqqabı erası başladıb.  Air Huarache qeyri-adi görünüşü ilə yalnız idmançılar tərəfindən deyil, həm də yeni dəbə başlamaq istəyənlər tərəfindən sevilmişdi.

Air Huarache-in məşhurluğu 1991-ci ildə buraxıldıqdan davamlı olaraq artmaqdadır.

Yeni Nike Adapt Huarache, Nike-in istifadəçi ilə birlikdə yenilənməsini və yaxşılaşdırılmasını iddia etdiyi FitAdapt texnologiyasını təqdim edir.

Yeni ayaqqabı təkcə Adapt texnologiyası ilə təchiz olunmur. Adap Huarache, əvvəllər Nike Adapt BB-də istifadə olunan smartfon idarəetmə xüsusiyyəti ilə təchiz ediləcək və daha inkişaf etmiş olacaqdır. Adapt Huarache, Siri və Apple Watch ilə daha sürətli idarə oluna bilər. Əvvəlcədən quraşdırılmış parametrlər, oturduğunuz zaman ayaqqabılarınızın dar rejimə keçməsini asanlaşdıracaqdır.

Nike Adapt Huarache, Siri və Apple Watch ilə idarə ediləcək:

 Adapt Huarache daha sürətli dəyişikliklər üçün Apple Watch və Siri-yə də qoşulacaqdır.

Adap Huarache dizaynı digər Huarache dizaynlarını sevən izləyicilərini kədərləndirə bilər. Ayaqqabını cizgiləri yenə eyni olsa da, ayaqqabının görünüşü bir qədər itirilmiş kimi görünür.

Nike Adapt Huarache, Nike tətbiqində 13 Sentyabr tarixindən etibarən reallaşacaq. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır