“Apple” daha “Siri” səsli köməkçi ilə istifadəçilərin danışıqlarının audioyazılarını avtomatik saxlamayacaq, lakin köməkçinin işləmə keyfiyyətinin təkmilləşdirilməsi üçün avtomatik şifr oxunmasını istifadə etməyə davam edəcək.
Chip.az İnsider.az -a istinadən xəbər verir ki, “Apple” istifadəçilərə sorğuları yoxlamaya göndərib-göndərməmələrinə icazə verəcək. İstifadəçilər istənilən vaxt verilənlərin emalına olan razılıqlarını geri çəkə bilərlər.
Həmçinin şirkət audiyazıların dinlənilməsi üçün daha podrtçıları cəlb etməyəcək – bununla ancaq “Apple”-ın əməkdaşları məşğul olacaq.