Mr Robot serialının 4-cü mövsümünün fraqmenti yayımlandı

  • 28 Avqust 2019

Sam Esmail-in bəyənilən və baş rolunda Rami Malek olan serial Mr Robot, 4-cü sezonu ilə ekranlara qayıdır. Serialın fraqmenti yayımlanıb.

Chip.az xəbər verir ki, Mr Robot serialında Rami Malek-in canlandırdığı Christian Slater/Mr Robot, ən son iş adamı hacker Whiterose-un əlinə düşmüş vəziyyətdə idi.  Bu mövsüm fraqmenetdə Elliot bu vəziyyətdən çıxmağa və  Dark Army adlı haker qrupu ilə Whiterose-nı dayandırmağa çalışacaq. Fraqment bu vəziyyəti təsdiqləyən qaranlıq mənzərələr, gərginlik və şiddət ilə doludur.

Serialın üçüncü mövsümü olduqca maraqlı və hərəkətli idi. Bu mövsüm də  şiddət və qorxu artmağa davam edəcək. Serialın son mövsümü ilə Elliotun hekayəsi də sona çatacaq.

Mr Robot seriyasının son mövsümü bu payızda yayımlanacaq.

 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır