Səs ilə idarə edilə bilən masa (Video)

  • 27 Avqust 2019

Ayaqüstü masalar hazırda çox məşhurlaşıb. Bu  masanın qurulması üçün isə lazım olan tək şey səs əmridir.

Chip.az xəbər verir ki, uzun müddət bir kompüterdə işləyən insanlar qan dövranını yaxşılaşdırmaq üçün tez-tez ayaq üstə durmaq lazımdır. Buna görə də son zamanlar daha sağlam bir ofis mühiti yaradan bu masalara tələbat artıb.

Hazırda bazarda əksər masalar oturma və oturma vəziyyətinə uyğunlaşdırıla bilir. Yeni modelləri bir düyməni basmaqla iki mövqe arasında dəyişdirmək mümkündür.

552 dollarlıq VertDesk V3 səslə idarə olunan bir masadır.  'Ayağa qalx' və ya 'Otur' əmrini vermək yerinə düyməni basmaq daha asandırsa, fiziki düyməni də istifadə edə bilərsiniz. Masanın iki oturan və iki ayaq üstü mövqeyi var ki, bununla da iki fərqli istifadəçi eyni masanı tənzimləyə bilər.

Masanın əsas maraqlı tərəfi  müəyyən bir vaxtda ayağa qalxmağınızı xatırlatmasıdır. İş vaxtınızdan asılı olaraq telefonunuza bir mesaj göndərərək ayağa qalmağınızı xatırladır.

Masanın videosunu izləyə bilərsiniz:

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır