Huawei 6G haqqında ilk açıqlama verdi

  • 27 Avqust 2019

Huawei, İngiltərə, İsveç və Cənubi Koreya kimi ölkələrdə 5G texnologiyasında mühüm yer tutan yeni işi ilə bağlı ilk açıqlama verdi. Açıqlamaya görə, Huawei, 6G texnologiyası üçün Ar-Ge-yə başlayıb.

Chip.az xəbər verir ki, Huawei 5G texnologiyası üzərində işləməyə davam edərkən 6G texnologiyasını da inkişaf etdirir. Mövzu ilə bağlı açıqlama verən  Huawei Beynəlxalq Media İşləri üzrə vitse-prezidenti Joe Kelly  şirkətin 2009-cu ildən bəri  5G-yə 5 milyard dollar sərmayə qoyduğunu deyib.Nəticəsi isə 5G, smartfonlar, baza stansiyaları və nəqliyyat şəbəkələridir.  Kelly, hələ də dünyanın müxtəlif bölgələrinə 3G satdıqlarını və 3G-nin dörd il əvvəlkindən daha yaxşı olduğunu söyləyib. Buna səbəb 4G texnologiyası olub. Tədqiqatlar 3G texnologiyasına da uyğunlaşdırıla bilir. Kelli onu da əlavə edib ki, 5G, 4G üzərində qurulub.

4G texnologiyası ilk dəfə Norveçdə yayımlandıqda, Huawei də 5G texnologiyası üçün Ar-Ge işinə başlayıb.

Kelly, Huawei 6G üzərində işləməyə başlasa da hazırda olduqca kiçik olduğunu da qeyd edib.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır