İT sahəsində yeni fəaliyyətə başlayan xanımlar üçün seminar keçiriləcək

  • 26 Avqust 2019

Mühəndislik sahəsi və yeni nəsil texnologiyalar ilə maraqlanan xanımların nəzərinə!


İT sahəsinə yenicə addım atmış xanımların ən çox yaşadığı problemlərdən biri qərarsız olması və haradan başlayacağını bilməməsidir. “Girls Code” – un təşkil etdiyi növbəti “Mühəndis xanımlar və yeni nəsil texnologiyalar” seminarı məhz sizlər üçündür. Seminarda:

İT üzrə layihə rəhbəri (IT Project manager)
Biznes analist (Business analyst specialist)
İT üzrə təhlükəsizlik mütəxəssisi (IT Security specialist)
Data analist (Data analyst specialist)
Maşın öyrənməsi mütəxəssisi (Machine Learning engineer)
Mobil proqramçı (İOS and Android developer)


kimi müasir sahələr və texnologiyalar haqda geniş məlumat veriləcək və əldə etdikləriniz sizə İT-də hansı sahə üzrə davam etməyinizdə yardımçı olacaq. Sizlərin iştirakı bizlər üçün dəyərlidir.

Seminarın təlimçisi Sevinc İsrafilova:
- Elektron Hökumətin İnkişafı Mərkəzi, Layihələrin hazırlanması müdiri
- 'QuizAz' mobil intellektual yarış sisteminin yaradıcısı
- Agile Project Manager, Professional scrum master sertifikatı ilə təltif olunmuşdur

Tarix və saat: 20.09.2019 | 19:00
Ünvan: Youth Inc. , Süleyman Rüstəm küç., 15H
Müraciət üçün: https://forms.gle/Zrg6P6e7G3rSmvmJA

QEYD: Seminar ÖDƏNİŞSİZDİR.

Girls Code platforması Azərbaycanda yaradılmış qadınların İT sektorunda inkişaf etməsi, uğurlu karyera addımları atmağını məqsəd qoymuş ilk və tək platformadır. Məqsədimiz İT sahəsində xanımların azlığını nəzərə alaraq, xanımlar üçün müxtəlif işlər görmək, mütəmadi olaraq maarifləndirici seminarlar, təlimlər təşkil etməkdir.

 

CHIP.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır