Çində robot yol polisləri işə başlayıb

  • 26 Avqust 2019

Robot yol polisi Çinin şimalındakı Hebei əyalətində xidmət etməyə başlayıb. Robot polislər ictimai sualları cavablandırır və qayda pozan sürücülərin şəkillərini çəkirlər.

Chip.az xəbər verir ki, hər gün yeni bir süni intellekt məhsulu istehsal etdiyini eşitdiyimiz Çin, real dünyada tətbiq olunan yol polisi robotlarını istehsal edərək robototexnika və süni intellekt sahəsindəki təcrübəsini yenidən təqdim edib. Belə ki, robot yol polisi Çinin şimalındakı Hebei əyalətində xidmət etməyə başlayıb.

Bu trafik robotları Big Data, Süni intellekt, Cloud Computing və Lazer based Naviqasiya tətbiqetmələrini birləşdirərək yaradılıb. Çinin şimalındakı Handan İctimai Təhlükəsizlik Bürosu bu həftənin əvvəlində real həyatda üç fərqli robotdan istifadə edir. Bu üç trafik robotunun hər biri müəyyən bir funksiya və məqsəd üçün hazırlanmışdır.

Birinci növ robot sarı bir forma və ağ şapka ilə ağıllı görünən yol patrul robotudur. Nəqliyyat vasitələrində sürücüləri müəyyənləşdirə bilən bu robotlar, sürücülərin qaydalara əməl etmədikləri təqdirdə dəlil təqdim etmək üçün fotoşəkillər çəkirlər.

İkinci növ robot insanların əsas suallarına cavab verən və getdikləri istiqamətə yol göstərən robotdur. Üçüncü tip robot qəza xəbərdar edən robotdur. 

İnsanlardan fərqli olaraq, bu robotlar gün ərzində heç bir fasilə verməyərək  24/7 çalışacaqlar.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır