La Casa De Papel-in dördüncü sezonu bu tarixdə çıxa bilər

  • 26 Avqust 2019

Ölkəmizdə Netflix-də yayımlanan və çox məşhur olan İspan serialı La La Casa De Papel-in üçüncü mövsümü  ötən ay yayımlanıb. Serialın həvəskarları isə dördüncü mövsümü səbirsizliklə gözləyirlər. Yayım tarixi dəqiq olmasa da, 2020-ci ilin yazında yayımlanacağı gözlənilir.

Chip.az xəbər verir ki, La Casa De Papel-in üçüncü mövsümü bu il 19 iyulda yayımlanıb.  Hazırda rəsmi bir açıqlama verilməsə də, serialın dördüncü mövsümünün 2020-ci ilin yayından əvvəl yayımlanacağı gözlənilir.

Bu İspan serialında maraq doğuran məqamlardan biri, şübhəsiz ki, içindəki personajlar, daha doğrusu personajların adları idi. Xarakterlərin adları dünya şəhərlərindən seçildiyi serialda Tokio, Berlin, Nairobi, Rio, Denver, Helsinki kimi  obraz adlarına üstünlük verilmişdi.

Keçən mövsüm seriala yeni personajlar qatılsa da hazırda bununla bağlı yeni açıqlama verilməyib. 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır