Günəş enerjisi ilə işləyən ilk dəmiryolu açılıb

  • 24 Avqust 2019

İngiltərə dünyada bir ilk edərək günəşdən aldığı enerji ilə dəmir yolu açıb. Layihə uğurlu olarsa, ölkə günəş enerjisi ilə bütün dəmir yolu şəbəkəsini işlədə bilər.

Chip.az xəbər verir ki, alternativ enerji axtarışında önə çıxan günəş enerjisindən istifadə sahəsi getdikcə genişlənir. Nəhayət, İngiltərədəki bəzi qatarlar dünyada ilk dəfə günəş panelləri fermalarından enerjisini alan dəmir yolu xətlərindən istifadə etməyə başlayıblar.

Yüzə yaxın günəş paneli Hampşir-dəki Aldershot şəhərinin yaxınlığında xətt işıqlarını və siqnal sistemini gücləndirir. Bu uğurlu layihə böyüdükcə bütün ölkə ərazisində istifadə ediləcək.

İngiltərədəki bəzi qatar stansiyaları artıq günəş panelləri ilə təchiz edilmişdir. İngiltərənin dəmiryol infrastrukturlarının əksəriyyətini idarə edən Network Rail, bu şəkildə dəmiryol xətlərinə enerji təmin etmək üçün milyardlarla pul ayırmışdır. Pilot layihə uğurlu olarsa, şirkət onu günəş enerjisi vasitəsilə elektrikləşdirməyi planlaşdırır. Bundan əlavə, İngiltərə hökuməti 2040-cı ilə qədər dəmir yollarında dizel istifadəsini dayandırmaq istəyir.

 

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır