Redmi Note 8 Pro ilə çəkilən fotolar paylaşıldı

  • 23 Avqust 2019

Əlverişli modelləri olan Xiaomi-nin alt markası olan Redmi, hazırda Redmi Note 8 Pro üzərində işləyir və telefon ortaya çıxan xüsusiyyətləri ilə diqqəti cəlb etməyi bacarır.

Chip.az xəbər verir ki, Redmi Note 8 Pro-nun daha əvvəl sızan xüsusiyyətləri ilə kameranın önə çıxacağı aydın olmuşdu. Fərqli bir ölçüyə sahib 64 meqapiksellik kamera, telefonun orta seqmentində 3 istiqamətli arxa kamera quraşdırılacaq. Yüksək keyfiyyətli fotoşəkillərə imza atacaq telefon, əldə olunan fotoşəkillərdə də bunu təsdiqləyir. Üstəlik, 64 meqapiksellik kamera sensoru çox böyük bir  ölçüdür. Bununlada telefon daha detaylı şəkillər çəkə biləcək.

Redmi Note 8 Pro ilə çəkilən fotolar:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır