WhatsApp iOS Beta-ya əyləncə gətirir

  • 23 Avqust 2019

WhatsApp, yeni nəsil iPhone sahiblərinin çox bəyəndiyi memoji xüsusiyyət üçün iOS beta tətbiqinə etiket dəstəyi əlavə edib. WhatsApp iOS istifadəçiləri artıq öz memoji etiketlərini yarada biləcəklər.

Chip.az xəbər verir ki, dünyanın məşhur mesajlaşma tətbiqi olan WhatsApp həm iOS, həm də Android istifadəçiləri üçün mobil tətbiqini  təkmilləşdirir. WhatsApp əsasən hər iki əməliyyat sistemi üçün eyni xüsusiyyətləri təklif etsə də, lakin bəzi xüsusiyyətlər bir platformadan əvvəl, digərində ola bilir və ya WhatsApp tərəfindən dəstəklənir.

WhatsApp, TestFlight vasitəsilə iOS beta tətbiqi üçün yeni bir yeniləmə təqdim edərək WhatsApp istifadəçisi olan iPhone sahiblərinin məmnun olacağı bir xüsusiyyət ortaya qoyub. 

İOS 12 ilə çıxan memoji xüsusiyyət indi WhatsApp tərəfindən dəstəklənəcəkdir. Başqa sözlə, iPhone X və daha yeni iPhone modelləri olan WhatsApp istifadəçiləri, memoji xüsusiyyətindən istifadə edərək öz WhatsApp etiketlərini yarada biləcəklər.

Apple, iPhone X ilə birlikdə animoji adlı bir xüsusiyyəti açıqlayıb. Animoji, Apple-ın TrueDepth kamerası vasitəsi ilə sahibinin üzünə artan reallıq effekti kimi təqdim etdiyi bir neçə emoji simvolu əlavə edir. İPhone Xs, iPhone Xs Max və iPhone XR ilə təqdim olunan memojilər eyni texnologiyanı istifadə edirdilər, ancaq bu dəfə istifadəçilər müəyyən emojilər istifadə etmək əvəzinə öz simalarını emojilər halına gətirə biləcəklər. İndi WhatsApp istifadəçiləri bu texnologiyadan istifadə edərək öz etiketlərini yarada bilərlər.

WhatsApp, hazırda iOS beta istifadə edənlərə memoji etiket dəstəyi təklif edir. WhatsApp 2.19.90-ın növbəti rəsmi yeniləməsində bütün istifadəçilərə memoji dəstək təqdim edəcək. WhatsApp-ın  Android istifadəçiləri üçün bu və ya oxşar bir xüsusiyyət təqdim etməsi gözlənilmir.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır