Tədqiqatçılar kosmosdakı digər ulduzların ətrafında fırlanan planetlərin iqlimini müəyyənləşdirmək üçün çalışır. Bu araşdırmalara görə, bəzi planetlərdə həyat planetimizdə olduğundan daha ümumi və fərqli ola bilər.
Chip.az xəbər verir ki, NASA-nın iqlim modelindən istifadə edərək ABŞ tədqiqatçıları uzaq ulduzlar ətrafında fırlanan ekzoplanet adlı planeti araşdırıblar. Tədqiqatlarda daha sıx bir atmosferi olan, ox ətrafında daha yavaş fırlanan və daha təsirli okeanların yerləşə biləcəyi qitələrə sahib olan göy cisimləri tapılıb. Bu həyat üçün daha uyğun bir okean deməkdir.
Ancaq bütün planetlərin okeanları olsa da, bu okeanlar həyat üçün eyni dərəcədə uyğun deyildir. Bəziləri digərlərindən daha uyğun ola bilər. Tədqiqatçılar bu vəziyyətdən xəbərdar olaraq ən yaxşı okean dövranı olan planetləri kəşf etməyi hədəfləyirlər.
Aparılan araşdırmalara görə, kainatda Yerdən daha çox yaşamaq üçün daha əlverişli şərtlərə sahib başqa planetlərin olması mümkündür. Belə ki, qalın bir atmosferi və daha yavaş bir dönüşü olan planetlərin həyat üçün daha əlverişli olduğu məlum olub.
Tədqiqatın nəticələri 2019-cu il Goldschmidt konfransında açıqlanıb.
Nigar Həsənova