Facebook, Instagram reklamlarını artırmağa hazırlaşır

  • 23 Avqust 2019

İnstagram-da çox sayda reklam olduğunu hər gün görürük. Yayılan məlumatlara görə, Facebook, Instagram-ın reklam nisbətinin keçən il ilə müqayisədə iki qat artırılmasını əmr edib.

Chip.az xəbər verir ki, "The Information" da yayımlanan məlumata görə, Facebook rəhbərləri keçən il İnstagramdakı reklam nisbətlərinin sayını "təxminən iki qat" artırmağı tapşırmışdılar. Hesabatda Facebook-un son iki ildə İnstaqram üzərində daha böyük nəzarəti, şirkətin tətbiqetmənin adını dəyişməsi və İnstaqramın trafiki ilə məşğul olmaq planı da daxil olmaqla bir çox təfərrüatlar yer alıb. Ancaq bu detalların ən diqqət çəkicisi Facebook rəhbərlərinin İnstaqrama reklam sayını artırmağı tapşırmasıdır.

Şirkətin CEO-su Mark Zuckerberg, İnstagram-ın 'Kəşf et' bölməsini, tətbiqlərin reklam yükünü azaltmaq üçün bir fürsət olaraq dəyərləndirmişdir. İnstagram reklamları bu ilin iyun ayına qədər kəşf et bölməsinə daxil olmamışdı, amma iyun ayında edilən yenilənmə ilə reklamlar kəşf et bölməsində görünür.

Facebook reklamlar sayəsində inanılmaz pul qazanır, lakin bu gəlirlərdə Instagram-ın payı Facebook ilə müqayisədə aşağı olaraq qalır. Facebook, Instagram-ın reklam gəlirini Facebook-a yaxınlaşdırmaq istəyir. Bu səbəbdən son vaxtlar daha çox reklam görürük.

Nigar Həsənova

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər