Bluetooth texnologiyasının zərərləri

  • 22 Avqust 2019

Bugünkü populyar texnologiyalardan biri olan Bluetooth-un riskləri ABŞ-da keçirilən DEF CON tədbirlərində yenidən müzakirə edilib. Xüsusilə simsiz qulaqlıqların riskləri istifadəçilərin sağlamlığına təsir edə biləcək səviyyədədir.

Chip.az xəbər verir ki, Bluetooth texnologiyada böyük rol oynayır. Bu texnologiyanı simsiz qulaqlıq, fayl ötürülməsi və avtomobillər üçün multimedia sistemləri kimi bir çox sahədə istifadə edirik. Bununla birlikdə, alimlərin fikrincə, Bluetooth texnologiyasının təhlükəsizlik riskləri çox yüksəkdir və mümkün qədər istifadə edilməməlidir.

Əslində, Bluetooth texnologiyası ictimai yerlərdə risklidir. Bu, Bluetooth texnologiyasının təbiətinə bağlıdır. Bu texnologiyanın istifadəsi zamanı iki fərqli cihaz qoşalaşır və iki cihaz bağlı şəkildə işləyir. Fayllar göndərilə, məlumatlar ötürülürə bilir. Yanlış bir cihazla birləşdirilsə, problemlər yarana bilər. Ancaq mütəxəssislərin fikrincə vəziyyət sizin düşündüyünüzdən daha ciddidir.

1993-cü ildən mütəmadi olaraq təşkil edilən "DEF CON" haker konfransı ABŞ-ın Las Veqas ştatında növbəti dəfə keçirilərək  Bluetooth məsələsi yenidən müzakirə olunub. Açıqlamaya görə, hakerlər bu cür cihazlarda zəifliklərdən istifadə edə və istifadəçilərə hücum edə bilərlər. Üstəlik, bu hücumlar istifadəçiləri kar edə bilər.

Bluetooth riskləri bununla məhdudlaşmır. Son araşdırmalara görə, hakerlər həm Bluetooth vasitəsilə göndərilən məlumatları göndərə, qəbul edə və məlumatların tərkibini dəyişdirə bilərlər.

Mütəxəssislərin fikrincə, Apple-ın AirDrop xidməti hakerlər tərəfindən də istismar edilə bilər ki, bu da istifadəçilərin şəxsi məlumatlarının (telefon nömrələri daxil olmaqla) ələ keçirilməsi ilə nəticələnə bilər.

Risklərə baxmayaraq təhlükəsiz qalmaq mümkündür

Bluetooth olduqca riskli bir texnologiya ola bilər, amma bunun qarşısını almaq hələ də mümkündür.  Lazım olmayan hallarda cihazınızın Bluetooth bağlantısını söndürməklə bunu edə bilərsiniz.

Ancaq bu, Bluetooth qulaqlıqların risklərini aradan qaldırmır. Bu vəziyyətin qarşısını almaq üçün edilə biləcək yeganə şey simsiz qulaqlıqlardan uzaq olmaq və ya təhlükəsizliyi yaxşılaşdırılmış məhsullara üstünlük verməkdir.

Nigar Həsənova

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır