Canlı olaraq davranan robotlar yaxın zamanda gərçək olacaq

  • 22 Avqust 2019

Robotların qərar qəbul edə bilməsi, ətraflarına uyğunlaşması və canlılar kimi öyrənmələri üçün əhəmiyyətli bir irəliləyiş əldə edilib. Tədqiqatçılar robot materiallarında hesablama imkanlarını emal etmək üçün yeni bir yol tapıblar.

Chip.az xəbər verir ki, Bristol Universitetinin tədqiqatçıları robotların qərar vermək, ətraf mühitə uyğunlaşma və hesablamaları robot materiallarına daxil etməklə öyrənmə qabiliyyətini artırmağa müvəffəq olublar. Bu iş robotların bir çox sahədə istifadəsinə imkan verəcək.

Bristol Mühəndislik Fakültəsinin professoru Jonathan Rossiterin komandası üç yumşaq robot arasında məlumat ötürə bildi. Mövzuyla əlaqədar yayımlanan məqalədə, SMC və sonrakı nəsil robotların keçirici maye reseptorları (CFR) sayəsində məlumatları daha yaxşı toplaya və emal edə biləcəyi məlum oldu. Aşağıdakı diaqram bənzər bir heyvanın bu quruluş vasitəsilə necə edilə biləcəyini təsvir edir.

Bu kəşflərlə ətraf mühitə nəzarət, çirklənmə ilə mübarizə, dərman müalicəsi, protezlər, köhnəlmiş biosensor texnologiyaları və özünü müalicə materialları əldə edilə bilər.

Tədqiqat Science Robotics jurnalında yayımlanıb.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır