Nokia 7.2 xüsusiyyətləri bəlli oldu

  • 22 Avqust 2019

HMD Global Nokia-nın yeni modelləri ilə tanış olmağa davam edir. Bir müddətdir gündəmdə olan Nokia 7.2-nin xüsusiyyətləri yayımlanıb.

Chip.az xəbər verir ki, modelin ilk canlı görüntüsünü Zeiss Group-un rabitə komitəsinin sədri Joachim Kuss paylaşıb. Tvit qısa müddətdə silinsə də, modelin vizual görüntüsü artıq internet aləmində yayılıb.

Sadəcə arxa hissəsini gördüyümüz telefonun kamerası diqqət çəkir. ZEISS imzalı üç arxa kamera ilə təchiz olunmuş telefonun LED flashı da dairəvi kamera dizaynına birləşdirilmişdir.

Onların altında barmaq izi sensoru və klassik hala gələn ''Nokia” loqosu var.

6,2 düymlük ekran olması gözlənilən modeldə bir Snapdragon 710 prosessoru və 6 GB operativ yaddaşa sahib olacağı gözlənilir. 48 meqapiksellik kameranın ultra geniş bucaq və dərinlik sensoru ilə təchiz ediləcək. 3.500 mAh batareya ilə təchiz edilmiş smartfonun IFA 2019 çərçivəsində rəsmi olacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər